Binəqədi rayonu Dərnəgül qəsəbəsi ərazisində bir köşkdən 1700 manat dəyərində təmir-tikinti alətləri oğurlanıb. Rayon Pİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Süleymanov saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Binəqədi qəsəbəsində bir evdən 3000 manat dəyərində noutbuk, fotokamera, saat, digər evdən pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Savdumov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ