Naxçıvanda intensiz yağışlar fəsad törədib

post-img

İntensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələr subasmaya məruz qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Müvafiq qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

P.ƏMİRCANOV

XQ



Son xəbərlər