Prezident İlham Əliyev Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib. 

Bu barədə Milli Məclisin Mət­buat və ictimaiyyətlə əlaqələr şö­bəsindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, parlamentdə təqdi­mata müvafiq qaydada baxılacaq.

XQ

Son xəbərlər