Düşmən təxribatına sarsıdıcı cavab

post-img

Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamə­tində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi is­tiqamətində yerləşən mövqelə­rini atıcı silahlardan atəşə tu­tub.

Bu barədə Azərbaycanın Mü­dafiə Nazirliyi məlumat yayıb. 

* * *

Fevralın 13-də Dövlət Sər­həd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermə­nistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı dö­yüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susduru­lub.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar möv­cuddur.

Ermənistan tərəfinin Azər­baycan–Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab ve­riləcəkdir.

Baş vermiş hadisəyə görə mə­suliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

XQ



Son xəbərlər