Yaralı əsgərimiz müalicə olunur

post-img

Pərviz Xəlilzadə sağalıb xidmətini davam etdirəcək

Xəbər verildiyi kimi, fevralın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan istiqamətində açılan atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin əsgəri Pərviz Xəlilzadə DSX-nin təcili tibbi yardım maşını vasitəsilə təcili Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilərək əməliyata götürülüb, 24 yaşlı gəncin həyatı xilas edilib.

Bu barədə xəstəxananın baş həkimi Elçin İbrahimov mediaya açıqlamasında bildirdi ki, xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərəsində odlu silah ya­ralanması – kor güllə yarası aşkar olunub. İlkin təcili yardımlardan sonra sürətli cərrahi əməliyyat aparılıb: “Yaralı xəstəxanaya daxil olarkən vəziyyəti ağır idi. Güllənin onurğa kanalının yan elementləri­ni zədələməsi nəticəsində yuxarı ətrafda hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Təxirəsalınmaz cərrahi əməliyyatdan sonra güllə yaradan çıxarıldı. Əsgərin vəziy­yəti kafidir, müalicəsi davam etdi­rilir. Əməliyyat 1 saat davam etdi. Hazırda əsgərin vəziyyəti düzəlir. Onun bundan sonrakı fiziki sağ­lamlığı ilə bağlı proqnozumuz da yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim isə hərbi mütəxəssislərin ilkin rəyinə görə, xaricdə istehsal olunmuş snayper gülləsidir”. 

Yaralı əsgər Pərviz Xəlilzadə palataya köçürüldükdən sonra jurnalistlərə söylədi: “Sərhəd xid­mət məntəqəmizdə 2 nəfər ke­şik çəkirdik. Qarşıdakı düşmən postlarını müşahidə edərkən qəfil atəş səsi eşitdim. Həmin an yıxılıb huşumu itirmişəm. Əməliyyat yaxşı keçdi, həkim­lər həyatımı xilas etdilər. Artıq özümə gəlmişəm.Tibb heyəti nə lazımdırsa edir. Hamısına min­nətdarlığımı bildirirəm və bunun əxvəzini Vətənə xidmətimlə qay­taracağam. Sərhədçi olmağımla fəxr edirəm. Qoy düşmən görsün ki, onun hər gülləsinin qarşısında canlı bir sipər dayanıb. Bu zireh hərəkətə gəlsə bütün Ermənista­nı süpürüb atar. Belə təxribatlar düşmənin zəifliyinin və ağılsız­lığının nəticəsidir. Tezliklə sa­ğalmaq, hərbi hissəyə qayıdıb xidmətimi davam etdirmək istə­yirəm. Vətən sağ olsun!”. 

T.RÜSTƏMLİ
XQ

Son xəbərlər