Dövlət Sərhəd Xidmətinin əsgəri Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında izahatlar alınıb, hadisə yerinə baxış keçirilib və digər müvafiq zəruri tədbirlər icra edilib.
Fakt üzrə Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. İstintaq davam edir.

