Baş prokuror BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ilə görüşüb

post-img

Fevralın 13-də Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Baş Prokurorluğun mətbu­at xidmətindən verilən məluma­ta görə, görüşdə Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaq­görən siyasəti nəticəsində Bir­ləşmiş Millətlər Təşkilatı və onun qurumları arasında münasibətlərin yüksək səviyyədə olmasını bildirib.

Baş prokuror, həmçinin dün­yanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransı­nın 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbay­cana olan böyük etimad və hör­mətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

BMT-nin rezident-əlaqələn­diricisi Vladanka Andreyeva sə­mimi qəbula görə təşəkkürünü bildirərək, ölkəmizin sədrliyi çər­çivəsində təşkil olunacaq COP29 kimi nüfuzlu beynəlxalq konfran­sın önəmindən və dünya döv­lətlərinin üzləşdiyi qlobal ekoloji problemlərin həllinə töhfəsindən danışıb.

Görüşdə tərəfləri maraqlandı­ran bir sıra məsələlər, o cümlə­dən Baş Prokurorluqla BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ara­sında cinayətkarlığa qarşı müba­rizə sahəsində əməkdaşlıq və sair məsələlər ətrafında faydalı müza­kirələr aparılıb.

Son xəbərlər