Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

post-img

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 

QƏRAR

№ Q/1

Bakı şəhəri 23 yanvar 2024-cü il

Azərbaycan Respublikası Preziden­tinin 2023-cü il 27 dekabr tarixli 2435 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolli­ziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Təh­lükəsizliyi Xidmətinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Prezi­denti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbay­can Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələra­rası Komissiyanın tərkibi barədə” Azərbay­can Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2435 nömrəli Fərmanının icra­sının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 1055s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin 5.7.5-ci yarımbəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 15 may tarixli Q/9 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya mühafizə vasitələrinin serti­fikatlaşdırılması və sertifikatlaşdırılmış informasiya mühafizə vasitələri üzərində döv­lət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları”nın 2.3.3-cü yarımbəndinin ikinci cümləsindən və 4.1-ci bəndindən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 06 sent­yabr tarixli Q/17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası”nın 2.13-cü bəndin­dən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

3. Hüquqi təminat idarəsi: bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktla­rın Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublika­sının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.

Rəis general-polkovnik Əli NAĞIYEV

Son xəbərlər