Sənət adamlarının ürək sözləri

post-img

Nəriman HƏSƏNZADƏ,
“İstiqlal” ordenli Xalq şairi

Ulu öndərimiz xalqa və tarixə əbədi Müstəqil Azərbaycan dövlətini bəxş etdi və bu dövlətin taleyini ona tapşırdı. Tarix və zaman bu uzaqgörənliyin düzgünlüyünü təsdiq etdi. İlham Əliyev ölkəmizə dünya şöhrəti gətirdi. İnsani dəyərlərin intibahı yarandı.

Onun qədəmləri hara dəyirsə, orada yeni mədəniyyət sarayları, təhsil və sağlamlıq ocaqları, idman kompleksləri tikilir, göz baxdıqca uzanıb gedən şüşə yollar, tağlı körpülər, uzaq mənzilləri qısaldan işıqlı, yaraşıqlı tunellər, yerdən ucalan göydələnlər torpağımızı bəzəyir.

Azərbaycanın və paytaxtımız Bakının yeni, XXI əsrdəki tərcümeyi-halı möhtərəm Prezidentimizin əli ilə, onun ilhamı ilə yazılır. İlham Əliyev imzasını dünya tanıyır və qiymətləndirir.

Əvvəlki seçkilərlə bu seçki arasındakı dövrdə tarixi dəyişikliklər baş verib: İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli, qalib dövlətə çevrilib. Torpaqlarımızın erməni faşizmindən azad edilməsi sevimli rəhbərimizin müdrikliyinin, qətiyyətli siyasətinin göstəricisidir. Elə seçki məntəqələrində yaşanan qələbəlik də bunu təsdiq edirdi. Seçki hüququ olan hər bir vətəndaşımız ölkəmizə inkişaf və Zəfər bəxş edən siyasi kursun davamına səs verdi. Bu seçkinin çox mühüm hadisəsi isə cənab İlham Əliyevin ailəsi ilə birlikdə məhz Xankəndidə səs verməsi oldu. Bu, əsrlərin, dövlətçilik tariximizin əlamətdar hadisəsidir. 

Əlbəttə, bunlar hamısı onun “dəmir yumruğ”unun sayəsində mümkün oldu. Mənfur düşmənin tar-mar etdiyi, daşı-divarı da söküb bərbad vəziyyətə saldığı yurd yerləri indi gülə-çiçəyə, yaraşıqlı və bənzərsiz guşəyə çevrilir.

Başlıca arzumuz torpaqlarımızı işğaldan azad edən siyasi kursun davamıdır və buna görə də biz heç bir alternativi qəbul etmirik.

Faiq SÜCƏDDİNOV, 
bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi:  

– Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanması biz sənət adamlarını hədsiz sevindirdi. Çünki o, mədəniyyət və incəsənətimizin böyük himayədarıdır. Dövlət başçımızın daimi diqqət və qayğısı sayəsində bir çox sahələr kimi, musiqi incəsənətimiz də inkişaf edərək, dünyada daha yaxından tanınıb.   

Ölkəmizə rəhbərlik etdiyi 20 ildən artıq müddətdə İlham Heydər oğlu Azərbaycan naminə fəaliyyətində çox böyük uğurlara imza atmaqla xalqın etimadını layiqincə doğruldub. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma Qarabağımızın işğaldan azad olunması hər bir Azərbaycan vətəndaşı kimi musiqi ictimaiyyətini də hədsiz sevindirib və yeni, misilsiz zəfəri tərənnüm etməyə, epopeyalar yaratmağa ruhlandırıb. Mən də bir bəstəkar kimi, Böyük Qələbədən ilhamlanaraq, “Zəfər” simfonik poeması və “Şuşa” oratoriyasını yazmışam. Bu gün Vətənimiz Azərbaycan ­İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində möhtəşəm inkişafa nail olub. Əminəm ki, qarşıdakı dövr də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisində böyük nailiyyətlərlə   zəngin olacaq.

 

XQ

 



Son xəbərlər