Millət vəkili Jalə Əhmədova “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin fəxri üzvü seçilib

post-img

“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin (AQTİM) idarə heyətinin qərarı ilə Milli Məclisin deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, Paraolimpiya komitəsinin idarə heyətinin üzvü, hüquq elmləri magistrı Jalə Fərhad qızı Əhmədova AQDİM-in idarə heyətinin fəxri üzvü seçilib.

Mərkəzin mətbuat xidmətindən verilən məlumat görə, AQTİM-in əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında maarifləndirmənin gücləndirilməsinə xidmət etməkdir.

Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Son xəbərlər