7 fevral 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində BAMF-ın Müşahidəçilik fəaliyyətinin hesabatı açıqlanıb. Hesabatda bildirilir ki, BAMF-ın 50 nəfərlik müşahidəçi komandası baş ofis Bakıdan və Tərtər, Füzuli, Beyləqan regional qərargahlarından idarə olunmaqla müşahidəçilik fəaliyyətlərinə başlayıblar. Müşahidəçilər seçki günü gün sonuna qədər prosesləri izləyib və məntəqlər üzrə qeydlərini aparıblar.
BAMF-ın müşahidəçilik komandasının növbədənkənar prezident seçkilərində rastlaşdığı və müşahidə etdiyi seçki prosesi ilə bağlı yekun qeydlərində bildirilib ki, əvvəlki seçkilərdən fərqli olaraq seçicilərin aktivliyi nəzərəçarpacaq dərəcədə yüksək olub. Xüsusilə, məcburi köçkün qəsəbələrində və işğaldan azad olunmuş ərazilərdə yerləşən məntəqələrdə müşahidə olunan seçici fəallığı özünü göstərib və müşahidəçilərin qeydləri arasında öz əksini tapıb.
Hesabatda, həmçinin qeyd olunub ki, seçki prosesi zamanı seçkilərin nəticələrinə təsir edəcək heç bir qayda pozuntusu aşkarlanmayıb. Seçkilər son dərəcə ədalətli təşkil olunub. BAMF tərəfindən aparılan müşahidə və təhlillər onu deməyə əsas verir ki, 7 fevral seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilib, Azərbaycan xalqının iradəsini əks etdirib və mövqeyini nümayiş etdirib.
Aşağıdakı linkə keçid etməklə hesabatla daha ətraflı tanış ola bilərsiniz: