Qeysər Nəvvab seçkidə beynəlxalq müşahidəçi qismində iştirak edib

post-img

Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Məqsədləri üzrə tanınmış beynəlxalq ekspert Qeysər Nəvvab növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edib. XQ-ya verilən məlumata görə, cənab Nəvvab nümayəndə heyəti ilə birlikdə Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində də bir neçə seçki məntəqələrinə baş çəkib. Ekspert həmin ərazilərdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini bu cür qiymətləndirib:

- Havaların soyuq keçməsinə baxmayaraq, xeyli sayda insan Azərbaycanın canlı demokratiyasını əks etdirən seçki prosesində fəal iştirak edir. Diqqətçəkən müşahidələrimdən biri də ailələrin seçkidə iştirakı, valideynlərin azyaşlı uşaqları seçki məntəqələrinə gətirmələri oldu. Bu fakt onlara gənc yaşlarından demokratiya haqqında məlumatlılığı aşılamaq məqsədi daşıyır. Onların həyəcanına və seçkilərdə sevinc hissi ilə iştirak etmələrinə şahidlik etmək olduqca ürəkaçan idi.

Cənab Nəvvab bildirib ki, prezident seçkiləri çox əlamətdar hadisədir. İnanırıq ki, Azərbaycanda prezident seçkilərinin nəticələri bu ölkənin gələcək inkişafı üçün uğurlu olacaq.

Fidan SALMANOVA
XQ
 



Son xəbərlər