Ən yüksək seçici fəallığı olan dairə məlum olub

post-img

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək olduğu seçki dairələri bəlli olub. Secki-2024.az saytı xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 791 nəfər (77.97%) səsvermədə iştirak edib.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74 % olub.

Son xəbərlər