Moldovadan olan deputat: "Səsvermə prosesi sakit, işgüzar şəraitdə keçirilir"

post-img

Azərbaycanda növbədənkənar Prezident seçkilərində səsvermə prosesi sakit, işgüzar şəraitdə keçirilir. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Moldova parlamentinin deputatı, Moldova - Azərbaycan parlamentlər arası dostluq qrupunun sədri Vitali Jakkot deyib.

"Qeyd etmək istərdim ki, ilk təəssüratlarım iki il əvvəl Şuşaya ilk səfərim zamanı yaranmışdı. Sonra Moldovadan olan parlament və hökumət nümayəndə heyətinin tərkibində vəziyyətlə yerində tanış olduq.

Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bunu hər zaman vurğulayırıq. Biz ərazi bütövlüyünü bərpa edə bilən Azərbaycan xalqına görə şadıq. Səsvermə prosesi ilə bağlı təəssüratlar müsbətdir. Bütün prosesləri gözdən keçirdik, suallar verdik. Həm məmurların, həm də seçicilərin səmimiliyi xoşuma gəldi.

Burada doğulan və hazırda burada yaşayan yerli sakinlərlə söhbət etdik. Rəhbərliyi də buna uyğun seçirlər. Təəssüratlar müsbətdir. Heç bir insident olmayıb, proses sakit şəraitdə gedir”, – o bildirib.

Son xəbərlər