Talış kəndinin ən yaşlı sakinlərinin evinə daşınan seçki qutusu aparılıb

post-img

İşğaldan azad olunan Talış kəndinin ən yaşlı sakinləri prezident seçkilərində səs veriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Talış kənd sakinləri 91 yaşlı Ömərov Paşa Ömər oğlu və həyat yoldaşı, 86 yaşlı Ömərova Ulduzxan Məhəmməd qızının evinə daşınan seçki qutusu aparılıb.

Səhhətləri ilə əlaqədar məntəqəyə gələ bilmədiklərinə görə 97 saylı Tərtər-Naftalan- Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsinin əməkdaşları tərəfindən yaşlı seçicilər üçün şərait yaradılıb. Hər iki şəxs konstitusion hüquqlarından istifadə edərək, layiq bildikləri namizədə səs veriblər.

Son xəbərlər