İlyas Umaxanov: “Azərbaycanda növbədənkənar prezident seçkilərinin təşkili Avropa standartlarını üstələyir”

post-img

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin təşkili Avropa standartlarını üstələyir”. Secki-2024.az xəbər verir ki, bunu “Vestnik Kavkaza”ya açıqlamasında Azərbaycanda seçkiləri müşahidə edən Rusiya Federasiyası Federasiya Şurasının elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov deyib. O bildirib ki, Azərbaycanda bundan əvvəl keçirilən seçki kampaniyalarını da müşahidə edib.

“Tam məsuliyyətimlə bəyan edə bilərəm ki, hər bir seçki kampaniyasında həm mövcud seçki qanunvericiliyi, həm də seçkilərin təşkili təcrübəsi getdikcə daha da təkmilləşir”, - deyə o əlavə edib.

Umaxanov qeyd edib ki, Azərbaycan vətəndaşları seçkilərdə dövlətin suverenliyinin, müstəqilliyin möhkəmlənməsinə və ölkənin çiçəklənməsinə səs verirlər. İlyas Umaxanov Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında seçkilərin keçirilməsini tarixi hadisə adlandırıb. 

Son xəbərlər