“Mənim Səsim” Seçki-Monitorinq Koalisiyası: “Məntəqələrdə seçici fəallığı müşahidə olunur”

post-img

"Monitorinq koalisiyamızı təmsil edən müşahidəçilər ölkənin demək olar ki, bütün regionlarında səsvermə prosesini izləyirlər. Mütəmadi olaraq koalisiyanın qərargahı ilə əlaqə saxlayırlar, vəziyyətlə bağlı məlumat verirlər”. Bunu secki-2024.az saytına açıqlamasında “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasının həmtəsisçisi Səadət Bənənyarlı deyib.

QHT rəhbəri bildirib ki, seçki məntəqələrində hər hansı bir problem qeydə alınmayıb: “Seçkini müşahidə edən nümayəndələrimiz məntəqələrdə seçici fəallığının yüksək olduğunu bildiriblər. Beynəlxalq təşkilatları təmsil edən müşahidə missiyalarının üzvləri də seçki məntəqələrində seçkinin gedişini izləyirlər. Ümumilikdə proses normal axarda davam edir”.

Son xəbərlər