Xarici İşlər Nazirliyi: qəbullar, müzakirələr

post-img

Fevralın 6-da xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Ölkəmizin TDT çərçivəsində müxtə­lif, o cümlədən siyasi, iqtisadi, ticarət, bağlantılar, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişlən­dirilməsi, təşkilatın gücləndirilməsi is­tiqamətində aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. 

Bu il təşkilatın ölkəmiz daxil olmaq­la, üzv dövlətlərdə keçiriləcək yüksək səviyyəli tədbirlərinin TDT-nin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Ceyhun Bayramov müstəqillik ta­riximizdə ilk dəfə olaraq ərazi bütövlü­yümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbə­dənkənar prezident seçkilərinin ölkəmiz üçün rəmzi əhəmiyyət daşıdığını vurğu­layıb.

Baş katib Kubanıçbek Ömüralıyev ölkəmizə növbəti səfərinin tarixi növbə­dənkənar prezident seçkiləri dövrünə təsadüf etməsindən məmnunluq duydu­ğunu, keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafın­da fikir mübadiləsi aparılıb.

***

Həmin gün xarici işlər naziri Cey­hun Bayramov Türk Dövlətləri Par­lament Assambleyasının Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlə­rini qəbul edib.

Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkə­nar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən XİN tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün əra­zilərimizdə suverenliyimizin bərpasın­dan sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. 

Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən prezident seçkilərini müşahidə etmək­dən məmnunluq duyduğunu qeyd edib. Keçiriləcək seçkilərin nəticələrinin Azər­baycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi­nin Baş katibi Sergey Lebedev ilə də görüşüb.

Görüşdə MDB çərçivəsində gündə­likdə duran aktual məsələlər, əməkdaş­lıq perspektivləri, habelə növbədənkənar prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən təşkilat çərçivəsində çoxtərəfli əmək­daşlığı uğurla davam etdirdiyini bil­dirərək, birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasi­bətlərin daha da inkişafına töhfə verdi­yini diqqətə çatdırıb. 

Ceyhun Bayramov, həmçinin ölkə xaricində yaşayan, habelə uzunmüd­dətli xarici ezamiyyətdə olan vətəndaş­larımızın seçki hüquqlarını həyata ke­çirməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti işlərin görüldüyünü, 37 ölkədə 49 seçki məntəqəsinin yara­dıldığını bildirib.

Sergey Lebedev Azərbaycanda keçi­riləcək seçkilərin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkürünü bildirib, hazırlıq işlərinin peşəkarlıqla aparılması­nın təqdirəlayiq olduğunu deyib.

***

Xarici işlər naziri Ceyhun Bayra­mov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min ilə də görüşüb.

C.Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının Təş­kilat çərçivəsində ölkəmizin aktivliyini şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib. Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələ­rinin irəlilədilməsi üzrə təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib.

Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu sessi­yası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə ala­raq ekologiya sahəsində geniş əmək­daşlıq imkanlarının olduğu vurğulanıb.

Baş katib C.Min növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. 

XQ

Son xəbərlər