Mərakeşli jurnalistlərlə görüş

post-img

Fevralın 6-da Medianın İnkişafı Agentliyinin və Audiovizual Şurasının nümayəndələrinin ölkəmizdə səfərdə olan Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüşü keçirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ölkəmiz­də media sahəsində həyata keçirilən islahatların mahiyyəti, media subyekt­lərinin iqtisadi müstəqilliyinin güclən­dirilməsi, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində görülən təd­birlərdən danışıb. Audiovizual Şura­nın sədri İsmət Səttarov Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektləri haqqında, televiziyada rek­lamın yayımlanması, reytinq ölçülməsi sisteminin fəaliyyəti barədə məlumatla­rı qonaqların diqqətinə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzularla bağlı fikir mübadiləsi aparı­lıb.

XQ

Son xəbərlər