Səudiyyə Ərəbistanı ilə gömrük əlaqələri gücləndirilir

post-img

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi münasibətlərin daha da genişləndirilməsi imkanları müzakirə olunub.

Bu barədə müzakirələr dünən DGK sədri Şahin Bağırovun Səudiyyə Ərəbis­tanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl Cu­teyli ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında səmərəli əməkdaş­lıq və dostluq münasibətlərinin forma­laşdığı vurğulanıb, iki ölkənin gömrük orqanlarının da qarşılıqlı əlaqələrin güc­ləndirilməsinə, ticarət dövriyyəsinin ge­nişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

XQ

Son xəbərlər