Müdafiə məhsullarımız beynəlxalq sərgidə

post-img

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi fevralın 4-də işə başlayıb. 

Tədbirdə Azərbaycanın Müdafiə Sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti işti­rak edir.

45-dən çox ölkədən 750-dən çox iştirakçı və 115 xarici nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi Nazirliyi­nin təşkil etdiyi stenddə Azərbaycan is­tehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.

Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Kral­lığının Müdafiə naziri Xalid bin Salman Əl-Saud ilə görüşərək, sərgi ilə bağlı xoş diləklərini onun diqqətinə çatdırıb. 

Səfər çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb.

Qeyd edək ki, sərgi fevralın 8-i ye­kunlaşacaq.

XQ

Son xəbərlər