Mərakeşli jurnalistlər AZƏRTAC-da

post-img

Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri AZƏRTAC-da olublar. İdarə Heyətinin sədri Vüqar Əliyev iki ölkə mediası arasında genişlənən əlaqələrdən danışıb. 

Qonaqlara AZƏRTAC haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 104 yaşını qeyd etməyə hazırlaşan agent­lik Azərbaycanın ilk xəbər agentliyidir. Hazırda dünyanın 50 xəbər agentliyi ilə tərəfdaşlıq münasibətlərinə malik olan agentlik 8 dildə xəbər, 5 dildə vi­deo yayır. Onun 21 ölkədə 22 müxbir məntəqəsi fəaliyyət göstərir. 

Qeyd olunub ki, AZƏRTAC Mərakeşin MAP agentliyi ilə əlaqələrə malikdir. Bununla belə, əməkdaşlığın daha da genişləndirilməsinə və fəal in­formasiya mübadiləsinin aparılmasına ehtiyac var. 

Görüşdə MAP agentliyinin redak­toru Mohammed Asvab, “L’Opinion” qəzetinin redaktoru Anass Maklux, “Al Bayane” qəzetinin direktorluğunun rəh­bəri Mahtat Rakas, “Le Desk” rəqəmsal mətbu orqanının jurnalisti Fatima Lqa­diri, “TelQuel” həftəlik xəbər jurnalının jurnalisti Yassine Majdi, “L’economiste” qəzetinin jurnalisti Saad Alami Yunes, BBMT onlayn xəbər kanalının jurnalisti Buxaib Brhadda iştirak ediblər. 

XQ

Son xəbərlər