Laçında yeni səsvermə məntəqəsi

post-img

İşğaldan azad olunmuş Laçın şəhərində 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb və burada 1 464 seçici qeydiyyata alınıb.

Bu barədə seçki məntəqəsinin sədri Şəbnəm Uğurlu məlumat verib. O deyib ki, əvvəlki illərdən fərqli olaraq seçki pro­sesinə çox həvəslə hazırlaşırlar. Bunun da əsas səbəbi doğulduğumuz, lakin iş­ğal səbəbindən böyüyə bilmədiyimiz ata yurdumuzda 32 ildən sonra ilk dəfə səs­vermə hüququmuzdan istifadə etməyi­mizlə bağlıdır.

Ş.Uğurlu məntəqənin Mərkəzi Seç­ki Komissiyası tərəfindən bütün lazımi avadanlıqlarla təmin edildiyini bildirib. Prezident seçkiləri günü məntəqədə 1464 seçicinin səsverməsi üçün hər cür şərait yaradılıb. Onların tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər