Mariya Vorobyova: “Novosaratovka kəndinin sakinləri bütün seçkilərdə fəallıq göstəriblər”

post-img

Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı Novosaratovka kəndi 105 saylı Tovuz-Gədəbəy seçki dairəsinin əhatəsinə daxildir. Həmin kənddə dairənin 43 saylı seçki məntəqəsi yerləşir. Məntəqənin sədri Nazim Aslanov secki-2024.az saytına açıqlamasında bildirib ki, adları siyahıya daxil edilən seçicilərin ümumu sayı 960 nəfərdir. 

Sədr qeyd edib ki, seçki məntəqəsi lazımi avadanlıq və əyani maarifləndirmə vəsaitləri ilə təchiz olunub: “Beynəlmiləl kənd sayılan Novosaratovkadakı seçki məntəqəsində veb-kamera quraşdırılıb. Məntəqəyə baş çəkən müşahidəçilər burada seçicilər üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər. Yəni, məntəqəmizdə yeddi fevral seçkilərinin tam demokratik və şəffaf keçirilməsi üçün yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş bütün norma və qaydalara əməl edilib”. 

105 saylı Tovuz-Gədəbəy DSK-nın Novosaratovka kəndindəki 43 saylı məntəqə seçki komissiyasının üzvü Mariya Yakovlevna Vorobyova da 7 fevral seçkiləri ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, Novosaratovka kəndinin sakinləri bütün seçkilərdə fəallıq göstəriblər: “Biz malakanlar Azərbaycan vətəndaşı olaraq daşıdığımız milli pasportumuzla fəxr edirik. Özümüzə Vətən bildiyimiz bu torpağa canımızla bağlıyıq və müharibəyə son qoymuş, bizə tam suveren Azərbaycanı bəxş etmiş dövlətimizin həyata keçirdiyi bütün tədbirlərdə fəal olduğumuz kimi, bu seçkilərdə də elliklə iştirak edəcəyik. Hamımız müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəyik”.    

Son xəbərlər