Yəmən mətbuatı prezident seçkilərini şərh edib

post-img

Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında analitik məqalə dərc olunub. Məqalədə bildirilir ki, növbədənkənar prezident seçkiləri Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Qələbəsindən və ötən il aparılan antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam təmin edildiyi şəraitdə baş tutacaq.

Müəllif yazır: “2023-cü il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Qa­rabağdakı bütün erməni separatçılarını təslim olmağa məcbur etdi və 30 illik iş­ğaldan sonra Xankəndidə Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Bununla da Cənubi Qafqaz regionunda yaranmış yeni siyasi reallıq daha da möhkəmlən­di”.

Məqalədə seçkilərdə 7 nəfərin pre­zidentlik uğrunda mübarizə aparacağı, növbədənkənar prezident seçkilərində qalib gələcək namizədin qarşıdakı dövrə Azərbaycanın davamlı inkişafına, müda­fiə qabiliyyətinin daha da artırılmasına, xalqın milli birliyinin möhkəmləndirilmə­sinə əsaslanan yeni milli doktrina ilə baş­layacağının gözlənildiyi qeyd edilib. Bu­nunla yanaşı, həmçinin növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbay­canın xarici ölkələrdə, o cümlədən, ərəb dövlətlərində fəaliyyət göstərən diploma­tik nümayəndəliklərdə seçki məntəqələ­rinin yaradılması barədə də məlumat öz əksini tapıb.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər