Qarabağ və Şərqi Zəngəzurda məntəqələr seçkiyə hazırdır

post-img

Artıq dünya ictimaiyyətinə də bəllidir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün ərazilərini əhatə edəcək. Ötən ilin sentyabrında keçirilən antiterrot tədbirlərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Hazırda Azərbaycanın bütün ərazisində əzəmətli bayrağımız dalğalanır. Növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş ərazilərimizdə əsil toy-bayrama çevriləcək.

118 saylı Ağdam şəhər seçki dairəsinin işğaldan azad edilən ərazilərində, ümumi­likdə, 3 seçki məntəqəsi yaradılıb.

Ağdam Konfrans Mərkəzində yerləşən məntəqənin həyətində xüsusi dəmir lövhə quraşdırılıb. Həmin lövhədə prezidentliyə namizədlərin təşviqat plakatları bərabər səviyyədə vurulub.

Daha bir seçki məntəqəsi işğaldan azad edilmiş Ağdam şəhərində yaradılıb. Bu, 118 saylı Ağdam şəhər seçki dairə­sinin 57 saylı seçki məntəqəsidir. Artıq seçki məntəqəsində səsverməyə hazırlıq prosesi tam başa çatıb. Komissiya üzvləri seçki ilə bağlı bilik və vərdişlərini daha da təkmilləşdirmək üçün MSK tərəfindən təş­kil olunmuş treniqlərə cəlb olunublar. Seçki məntəqələri MSK-nın hazırladığı metodi­ki vəsaitlər və yaddaş kitabçaları ilə təmin olunub. Bu məntəqə üzrə 1414 seçici qey­diyyata alınıb. 57 saylı seçki məntəqəsin­də səs verəcək seçicilər həmin ərazidə ti­kinti-bərpa işləri ilə məşğul olan şəxslərdir. 

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər