Ağdərə və Suqovuşan da ilk dəfə seçkilərə gedir

post-img

Suqovuşan qəsəbəsində yerləşən 58 saylı və Ağdərə şəhərindəki 59 saylı seçki məntəqələrində fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq yekunlaşıb. Hər iki məntəqədə ilk dəfə keçiriləcək seçkilərdə seçicilərin azad, şəffaf, demokratik şəkildə öz namizədlərinə səs vermələri üçün bütün zəruri şərait yaradılıb.

Bunu 97 saylı Tərtər–Naftalan–Goranboy dairə seçki komissiyasının sədri Həmid Mehdiyev bildirib.

O vurğulayıb ki, dairə üzrə ümumi­likdə 59 məntəqə fəaliyyət göstərir, on­lardan 11-də veb-kameralar quraşdırılıb. “Artıq seçicilərə bildirişlərin göndərilməsi təmin edilib. Mərkəzi Seçki Komissiya­sından bülletenləri də götürmüşük, fevral ayının 3-də qanunvericiliyə uyğun olaraq məntəqələrə çatdırılması təmin ediləcək. Bir sözlə, məntəqələrin hamısında seç­kilərə hazırlıq prosesini yekunlaşdırmışıq.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər