Serbiyalı ekspert Azərbaycandakı seçkilər haqqında

post-img

Serbiyalı ekspert, siyasi elmlər doktoru, Belqrad Avropa Araşdırmala­rı İnstitutunun elmi işçisi Stevan Qajiç fevralın 7-də Azərbaycanda keçirilə­cək növbədənkənar prezident seçkilə­rini yüksək dəyərləndirərək deyib ki, bu seçkilər təkcə yerli və regional de­yil, həm də müəyyən dərəcədə qlobal xarakter daşıyır. 

Ekspertin sözlərinə görə, bu seçkilər dünyanın siyasi mənzərəsi baxımından çətin bir vaxtda keçirilir. S.Qajiç deyib ki, Azərbaycanın yerləşdiyi regionda – Cə­nubi Qafqazda və Yaxın Şərq regionun­da bir sıra müharibələrin və böhranların yaşandığı bir coğrafiyada və bütünlüklə dünyada bir sıra vacib seçkilər keçirilə­cək. Bu ili, ümumilikdə, dünyada seçki ili adlandırmaq olar. Çünki ABŞ və Rusiya­dan tutmuş Avropa İttifaqındakı seçkilərə qədər bir çox ölkələrdə seçki prosesi olacaq. Bu baxımdan, Azərbaycanda keçiriləcək seçkilər də təbii olaraq həm region, həm də qlobal mənada əhəmiy­yətlidir.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər