Gürcüstanda səsvermə səfirliyimizdə keçiriləcək

post-img

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb. 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı məntəqə seçki komissiyası Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4. ünvanında yerləşir.

18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respubli­kası vətəndaşları səsvermə zamanı aşa­ğıdakı etibarlı sənədlərdən birini seçki məntəqəsinə təqdim etməlidirlər: ümum­vətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.

Azərbaycan Respublikasının müva­fiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətən­daşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səs­vermədə iştirak edə bilərlər.

7 fevral 2024-cü il tarixində keçirilə­cək növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edə­cək.

Əlaqə yaratmaq üçün: +995555250993 , +995322243004.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər