Rusiya deputatları da seçkiləri müşahidə edəcəklər

post-img

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti başda beynəlxalq məsələlər üzrə komitənin sədri Qriqori Karasin olmaqla, Azərbaycanda prezident seçkilərinin müşahidəsində iştirak edəcək. Secki-2024.az saytı xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti bildirib.

“Fevralın 5-dən 8-dək senatorlar Azərbaycan Respublikasında növbə­dənkənar prezident seçkilərinin müşahi­dəsində iştirak edəcəklər. Parlamentarilər Azərbaycana MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-nin Parlamentlərarası Assambleyasının müşahidəçilər missiya­sının xətti ilə yollanacaqlar” – deyə, mə­lumatda vurğulanıb. 

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Federasiya Şurasının elm, təh­sil və mədəniyyət komitəsi sədrinin birin­ci müavini İlyas Umaxanov, Federasiya Şurasının federativ quruculuq, regional siyasət, yerli özünüidarəetmə və Şimal məsələləri komitəsi sədrinin müavini Anatoli Şirokov və Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət qu­ruculuğu komitəsinin üzvü Aleksan Baş­kin daxildir.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər