Diaspor gəncləri hamılıqla səs verəcəklər

post-img

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə diaspor gənclərini və xarici ölkələrdə yaşayan soydaşlarımızı fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə səsləyib. Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunda çıxış edən səfir bu seçkilərin ölkəmiz üçün böyük tarixi əhəmiyyət kəsb etdiyini deyib. Ona görə də bir diplomat kimi deyil, Azərbaycan vətəndaşı olaraq gəncləri seçkilərdə fəal iştirak etməyə çağırıb.

Səfir deyib ki, postmünaqişə dövrün­də “Azərbaycan diaspor gənclərinin fəa­liyyəti: perspektivlər və çağırışlar” möv­zusunda keçirilən forumda Macarıstan daxil olmaqla, 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edib. Tədbirə xaricdə fəaliyyət göstərən tələbə və gənc­lər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələ­ri, beynəlxalq müsabiqə laureatları, gənc sahibkarlar və digərləri qatılıblar.

Tədbirin sonunda forum iştirakçıları­nın bəyanatı qəbul olunub.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər