Tümen şəhərində yaşayan azərbaycanlı seçicilər üçün səyyar seçki məntəqəsi təşkil olunub

post-img

Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində xarici ölkələrdə olan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərində hazırlıq işləri başa çatmaq üzrədir. Secki-2024.az saytı xəbər verir ki, Rusiyada Azərbaycan vətəndaşlarının seçkilərdə səsvermə hüququndan istifadə edə bilmələri üçün üç şəhərdə - Moskva, Sankt-Peterburq və Yekaterinburqda seçki məntəqələri yaradılıb.

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunda 19 saylı Nərimanov rayonu seçki dairəsi üzrə 45 saylı məntəqə seçki komissiyası yaradılıb. Rusiya Federasiyasının Ural, Sibir və Uzaq Şərq Federal dairələrində daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini məntəqə seçki kommisiyasına təqdim etməklə səsvermədə iştirak edə bilərlər. Təkcə Yekaterinburq şəhəri və Sverdlovsk vilayətində qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 513 nəfərdir. Bununla yanaşı Baş konsulluq tərəfindən Azərbaycan vətəndaşlarının yaşadığı Tümen şəhərində də səyyar seçki məntəqəsi təşkil olunub. 

Xatırladaq ki, Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı Rusiyanın üç şəhərində fəaliyyət göstərəcək seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. Seçki məntəqələrinin ünvanları: Moskva şəhəri, Voznesenski döngəsi15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi 27; Yekaterinburq şəhəri, Karl Liebknext küçəsi 5.

Son xəbərlər