18 yaşlı Məhəmməd: “Fevralın 7-si mən və ailəm üçün üçqat bayram olacaq”

post-img

Astara rayon sakini Məhəmməd İlkin oğlu Bayramov eyni gündə bir neçə ilkə imza atacaq. Fevralın 7-də Konstitusiyada təsbit olunmuş səsvermə hüququndan ilk dəfə yararlanacaq vətəndaş Məhəmməd  Bayramov həmin gün həm də doğum gününü qeyd edəcək. 18 il əvvəl Astara rayonunun Pensər kəndində dünyaya gələn Məhəmməd həyatında ilk dəfə səs verəcəyi 7 fevral seçkiləri öncəsi keçirdiyi hissləri secki-2024.az saytı ilə bölüşüb. O, həmin gün səsverməyə böyük həyəcan və qürurla gedəcəyini söyləyib:

“Mən özümü çox şanslı insan sayıram. Həqiqətən də, düşünəndə ürəyim qürurla döyünür. Bəli, fevralın 7-si mən və ailəm üçün üçqat bayram olacaq. Doğum günüm, prezident seçkisində ilk dəfə iştirakım və sərbəst seçim etmək haqqım. Ayın 7-si seçki məntəqəsinə gedəcəyim anı həm qürur hissi, həm də həyacanla gözləyirəm. Mənə bu bəxti yazan Allahımdan çox razıyam. Üzümü yaşıdlarıma, bütün gənclərə tutub deyirəm ki, vətəndaşlıq borcumuzu yerinə yetirərək, fevralın 7-də hamımız seçkiyə qatılaq və xalqımızı xoşbəxt gələcəyə aparacaq namizədə səs verək”.

Sosial həyat