Zabux kəndinin seçicilərinin səsvermədə iştirakı üçün lazımi şərait yaradılıb

post-img

121 saylı Laçın seçki dairəsinin Zabux kəndində yeni yaradılan 108 saylı seçki məntəqəsi bütün ləvazimatlarla təchiz edilib. Secki-2024.az saytı xəbər verir ki, burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb.

Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub.

Son xəbərlər