Şamaxı Rəsədxanasından bildiriblər ki...

post-img

Şamaxı Rəsədxanasından bildiriblər ki... 

Böyük Britaniya, Braziliya, Çili, Almaniya, Cənubi Koreya və İtaliyadan olan astronomlar tez-tez püskürmələr müşahidə olunan protoulduzların tədqiqatı çərçivəsində Çilidəki Vista və VLT teleskopunda 222 ulduzun müşahidəsini apararaq, bir cəhddə 32 belə protoulduz aşkar ediblər. Lakin müşahidə olunan fərqli obyektlər bu nəticəni kölgədə qoyub. 

Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Ast­rofizika Rəsədxanası məlumat verib.

On il ərzində davamlı izlənən ulduzlardan 21 qırmızı nəhəng ulduzun parlaqlığının spesifik dəyişkənliyi aşkar olunub. Bu ul­duzlar Yerdən 30 min işıq ili məsafədə yerləşir və saylarının daha çox olduğu güman edilir.

XQ

Son xəbərlər