Korsikalılar Fransa polisinə etiraz edirlər

post-img

Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı uğrunda mübarizəni əzmlə davam etdirirlər. Ölkədə yeni yaranan “Nazione” Partiyası elə ilk gündən 600–dən çox fəalı bir araya gətirib. Partiyanın belə uğur qazanması fransız hökumətinin qəzəbi ilə üzləşib. Fransa hökuməti siyasi partiyanın bu uğurunu həzm edə bilməyib və bunu fəalların evlərinə hücum edərək, repressiya ilə göstəriblər.

Yeni partiyanın assambleyasının ilk iclasından iki gün sonra fransız polisinin çox qəddar və amansız repressiyasına etiraz olaraq, “Nazione” Partiyası Bastiada mətbuat konfransı keçirib.

Konfransda partiyanın üzvləri və sözçüsü çıxış edərək, son günlər fransız polisinin törətdiyi repressiyanı qətiyyətlə pisləyiblər. Polisin həbs etdiyi və Parisə göndərdiyi “Nazione”nin iki fəalının dərhal azad olunmasını tələb ediblər.

XQ

Dünya