ATƏT/DTİHB-nin müşahidəçiləri Füzuli rayonunda

post-img

84 saylı Füzuli seçki dairəsində seçkiyə hazırlıq prosesi ilə tanış olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə yerləşən seçki məntəqələrindəki vəziyyətlə də maraqlanıblar.

Bu barədə məlumat verən 84 say­lı Füzuli dairə seçki komissiyasının sədri Ramiz Teymurov deyib ki, ATƏT/DTİHB-nin uzunmüddətli müşahidəçilə­ri olan Lars Nyholm və Evgeniy Loginov işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində səsvermə prosesini iz­ləmək istədiklərini deyiblər. Bu baxımdan, həmin ərazilərdə təhlükəsizliyin necə tə­min edildiyi ilə maraqlanıblar. 

DSK sədri bildirib ki, onun rəhbərlik etdiyi dairədə mövcud olan 77 məntəqə­nin üçü 44 günlük müharibədə azad edilmiş ərazilərdə yerləşir. Dairə üzrə, ümumilikdə, 54 min 457 seçici qeydiy­yatdadır. 1257 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yeddi seçki məntəqəsində veb-kameralar quraşdırı­lıb. Dairə üzrə 1015 müşahidəçi qeydiy­yatdan keçib. O, seçkilərə hazırlıq prose­sinin qanunvericiliyin tələblərinə uyğun aparıldığını diqqətə çatdırıb.

Əliqismət BƏDƏLOV 
XQ



Son xəbərlər