590 min nəfər ilk dəfə seçim edəcək

post-img

Fevralın 7-də keçiriləcək prezident seçkilərində, ümumilikdə, 590 min nəfər ilk dəfə səs verəcək

Prezident seçkiləri ilə əlaqədar se­çicilərin çoxluğu nəzərə alınaraq 832 yeni seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrin də 26-sı işğaldan azad olunmuş ərazilərdədir. Bununla yanaşı, 119 dairə üzrə 1 000 seçki məntəqəsində kamera quraşdırılıb".

Növbədənkənar prezident seçkilə­rində 89 ölkədən 63 beynəlxalq təşkilatın 800-ə yaxın beynəlxalq müşahidəçisi işti­rak edəcək. 

MSK seçki prosesləri ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir. Xü­susilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyi­ni diqqətə çatdıran H.Paşayev bildirib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçici siyahısında yoxlaya və hansı seç­ki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Növbədənkənar prezident seçkilərini təxminən 62 beynəlxalq media qurumu­nun 120 xarici jurnalisti müşahidə edəcək.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər