Rusiyalı deputatlar da seçki məntəqələrində olacaqlar

post-img

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. 

Parlamentarilər MDB, Şanxay Əmək­daşlıq Təşkilatı (ŞƏT) və MDB Parla­mentlərarası Assambleyasının müşahidə missiyalarının xətti ilə Azərbaycana yola düşəcəklər.

Müşahidəçilər sırasına Federasi­ya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Federasiya Şurasının Fede­ral struktur, regional siyasət, yerli özü­nüidarəetmə və şimal məsələləri üzrə komitə sədrinin müavini Anatoli Şirokov və Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu ko­mitəsinin üzvü Aleksandr Başkin daxildir.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər