Çexiya COP29-da yüksək səviyyədə təmsil olunacaq

post-img

Fevralın 1-də Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə dövlətlərarası, parlament­lərarası əməkdaşlığın inkişaf perspek­tivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apa­rılıb.

S.Qafarova Ermənistanın və onun havadarlarının beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hərəkətlərini, Azər­baycana qarşı yalan kampaniyasını pis­ləyib, AŞPA-da baş verən son proseslərin bu kampaniyanın tərkib hissəsi olduğunu deyib. O, bəzi dövlətlərin və beynəlxalq təşkilatların, xüsusilə AŞPA-nın işğal döv­ründə keçmiş məcburi köçkünlərimizin hüquqlarının bərpası ilə bağlı danışmadı­ğını, bu gün isə eyni mövqeni Ermənis­tandan olan azərbaycanlı qaçqınları ilə bağlı nümayiş etdirdiklərini deyib. 

Marketa Pekarova Adamova diqqətə çatdırıb ki, Çexiya parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etmə­yib və lehinə səs verməyib. O bildirib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan ilə Ermənistan arasında dia­loqun davam etdirilməsinə dəstək göstə­rir. 

Adamova ölkəmizin COP29-a evsahibliyi münasibətilə təbriklərini çatdı­rıb, Çexiyanın bu tədbirdə yüksək səviy­yədə təmsil olunacağını deyib. 

XQ

Son xəbərlər