“Mənim Səsim”in nümayəndələri YAP Mərkəzi Aparatında

post-img

Fevralın 1-də Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident seçkiləri ilə əlaqədar yaradılmış “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının nümayəndələri ilə görüşüb. 

Koalisiyanın həmtəsisçiləri – “D.Əli­yeva adına Qadın Hüquqlarının Müda­fiəsi Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi­nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbay­can Milli Bölməsinin sədri Səadət Bənən­yarlı, həmçinin ekspertlər – sosioloq Əhməd Qəşəmoğlu və politoloq Adəm İsmayıl Bakuvi fevralın 7-də keçiriləcək prezident seçkilərinə ölkəmizdə və bey­nəlxalq müstəvidə böyük maraq olduğu­nu diqqətə çatdırıblar. 

Seçki kampaniyasının uğurla davam etdiyini söyləyən YAP Sədrinin müavi­ni-Mərkəzi Aparatın rəhbəri Tahir Bu­daqov vurğulayıb ki, ölkəmizdə seçkilərin azad, şəffaf və demokratik qaydada keçi­rilməsi üçün bütün şərait mövcuddur.

XQ

Son xəbərlər