Cavad xanın nəslinin nümayəndəsi Əkbər Gəncə: “Xalqımız bu seçki ilə tarix yazacaq”

post-img

“Fevralın 7-nə təyin edilmiş prezident seçkilərinin nəticəsinin xalqın iradəsini əks etdirəcəyinə əminəm”. Bu fikri secki-2024.az saytına İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri, Cavad xanın nəslinin nümayəndəsi Əkbər Gəncə deyib. “Seçkilər və digər siyasi proseslər ölkənin idarə olunmasının keyfiyyəti üçün əsas meyardır. Seçkilərin nəticəsi ölkənin uzunmüddətli demokratik inkişafını, eləcə də xarici siyasət prioritetlərini böyük dərəcədə irəliləyə apara bilir. Etibarlı seçkiləri müəyyən edən ən fundamental prinsip ondan ibarətdir ki, onlar xalqın iradəsini azad ifadə etməlidir. Buna nail olmaq üçün ölkəmizdə təşkil edilən seçkilər şəffaf, əhatəli, seçicilərin və seçilmişlərin etimadına malik olub. Azərbaycanda bu prinsiplər daim əldə rəhbər tutulur. Seçkilərdə rəqabət aparmaq üçün bərabər imkanlar və həqiqi siyasi rəqabət yaradılır”, - deyə Cavad xanın nəslinin nümayəndəsi diqqətə çatdırıb.

Həmyerlimiz xalqımızın şanlı qələbəsi sayəsində torpaqlarını azad etməsi faktına da toxunub. O vurğulayıb ki, suverenliyini tam təmin etməsi Azərbaycanın uğurlu daxili və xarici siyasətinin, iradəsinin nəticəsidir.

“Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisində seçkilər keçiriləcək və şübhəsiz ki, bu, çox sevindirici haldır. Hər bir Azərbaycan vətəndaşı seçkidə iştirak etməlidir, çünki xalqımız bu seçki ilə tarix yazacaq. Mən də öz növbəmdə bütün Azərbaycan xalqını seçkiyə getməyə səsləyirəm, çünki bu seçkilərdə növbəti dövr üçün dövlətimizin rəhbərini seçəcək”, - deyə o fikrini tamamlayıb.

Son xəbərlər