Gənclər günü şənliyi

post-img

Mingəçevir Gənclər Evində 2 Fevral Gənclər Günü münasibətilə YAP şəhər təşkilatının rəhbərliyi gənc fəalları, tələbələr, eləcə də idarə və müəssislərdə çalışan gənclərlə görüş keçirilib. 

“Azərbaycan gəncləri yeni zir­vələrə doğru” adlanan görüş ötən il “Gənclər paytaxtı” seçilən Mingə­çevirdə həyata keçirilmiş tədbirlərlə bağlı videoçarxın nümayişi ilə başla­yıb. Sonra şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb, o, Ulu öndər Heydər Əliyevin sabahımızın sahib­lərinə daim xüsusi münasibət bəs­lədiyini vurğulayıb. Şəhər rəhbəri xatırladıb ki, Gənclər və İdman Na­zirliyinin yaradılması, Gənclər Günü­nün təsis edilməsi məhz Ümummilli liderin adı ilə bağlıdır. Ölkəmizdə gənclər siyasətini uğurla davam et­dirən dövlətimiz də gənclərin təhsi­linə, fiziki sağlamlığına, yüksək və­zifələrə irəli çəkilməsinə ciddi önəm verir. 

Bildirilib ki, gənclərimizin güc­lü vətənpərvərlər kimi tərbiyəsinin nəticəsidir ki, 44 günlük Vətən mü­haribəsində onlar böyük rəşadətlər göstərib, torpaqlarımızın düşmən tapdağından azad olunmasında və möhtəşəm Zəfərin əldə edilməsində misilsiz qəhrəmanlıq nümunələri ilə fərqləniblər. Gənclər Günü münasi­bəti ilə görüş iştirakçılarına təbriklə­rini çatdıran şəhər rəhbəri onlara xoş arzularını bildirib.

Mərkəzi Aran Regional Gənc­lər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclər Evinin müdiri Tu­ral Kərimli, MDU-nun dekanı Nizami Zeynalov, “İşıqlı Gələcək” Gənclər Birliyinin sədri Samrin Xanlayev, “Asan Xidmət” müəssisəsinin direk­tor müavini Elşən Əliyev, baş məs­ləhətçi Aysel Aslanova ürək sözlərini söyləyiblər. Görüşdə 2015–2025-ci illərə dair Azərbaycan gənclərinin in­kişaf strategiyasından söz açılıb və bununla əlaqədar həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. 

Sonda bir qrup gəncə şəhər icra hakimiyyətinin fərxi fərmanları, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və Gənclər Evinin təşəkkürnamələri verilib. 

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Son xəbərlər