Beynəlxalq müşahidəçilər İsmayıllıda

post-img

ATƏT/DTİHB-nin müşahidəçiləri İsmayıllıda seçkiyə hazırlıq prosesini izləyiblər. Qurumun müşahidəçiləri 89 saylı İsmayıllı Seçki Dairəsinə iki dəfə baş çəkiblər. Beynəlxalq müşahidəçilər, əsasən, seçici siyahılarının dəqiqliyini yoxlayıb və seçkilərə hazırlıq prosesindən razı qalıblar. Bunu 89 saylı Dairə Seçki Komissiyasının sədri Əlirəmzi Məhərrəmov deyib.

DSK sədri dairə üzrə, ümumilikdə, 630 müşahidəçinin qeydiyyatdan keç­diyini bildirib. Onun sözlərinə görə, seç­kilərə hazırlıq prosesi qanunvericiliyə uyğun formada davam etdirilir. Dairə üzrə qeydiyyatda olan 50 min 533 seçici 61 seçki məntəqəsində səsvermə hüququn­dan istifadə edəcək. Altı seçki məntəqə­sində panduslar quraşdırılıb. Səsvermə gününə qədər pandusların quraşdırılması davam edəcək. Altı seçki məntəqəsində isə veb-kameralar quraşdırılıb. Namizəd­lərin təşviqat kampaniyasına geniş im­kanlar yaradılıb. Bütün seçki məntəqələ­rində təşviqat lövhələri mövcuddur və hər bir namizədə Seçki Məcəlləsinin tələblə­rinə uyğun olaraq bərabər səviyyədə yer ayrılıb.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər