Gürcüstanın Baş naziri vəzifəsini tərk edib

post-img

Gürcüstanın Baş naziri İrakli Qa­ribaşvili istefa verdiyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, o, 2012-ci ildə yaradılmış hakim “Gürcü arzusu” partiyasına rəhbərlik etmək təklifi alıb. Hazırda partiyanın lideri İrakli Kobaxi­dzedir. Ehtimal olunur ki, Kobaxidze Qaribaşvilini əvəz edəcək və hökumətə rəhbərlik ona tapşırılacaq.

İrakli Qaribaşvili yanvarın 29-da keçirdiyi brifinqdə vəzifəsini tərk etmə­sinin səbəbini açıqlamayıb. Lakin Gür­cüstanın “İmedi” telekanalının analitik­ləri hesab edirlər ki, bu qərar qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar­dır. Bildirilib ki, oktyabrın 26-da parla­ment seçkiləri yeni formatda keçirilə­cək. Seçkilər zamanı 5 faiz baryeri olan proporsional sistemdən istifadə oluna­caq.

Bu arada Gürcüstan hökuməti Avro­pa İttifaqına daxil olmaq şanslarını ar­tırmaq üçün 9 tövsiyənin həyata keçiril­məsi üzrə fəaliyyət planını təsdiqləyib. Bu planın hazırlanmasını ölkənin Xa­rici İşlər Nazirliyi, eləcə də Gürcüstan parlamenti əlaqələndirib. “Rusiyanın Gürcüstana təsirini” məhdudlaşdıran qətnamə layihəsi isə rədd edilib.

P.ƏFƏNDİ
XQ

Son xəbərlər