“Holokost soyqırımı müasirlərin gözü ilə”

post-img

Yanvarın 29-da Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” möv­zusunda dəyirmi masa keçirilib. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsə­nov Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Azərbaycan xalqının da soyqırımıdan əziyyət çək­diyini xatırladan icraçı direktor vurğula­yıb ki, biz nə Holokostu, nə də Xocalını unutmayacağıq. 

İsrailin ölkəmizdəki səfiri Corc Dik vurğulayıb ki, Azərbaycan multikultura­lizm siyasəti ilə bütün dünyaya nümunə göstərir. Ölkəmizin hər zaman dinc ya­naşı yaşayışın tərəfdarı olduğunu bil­dirən diplomat Holokost qurbanlarının xatirəsinin anılmasına görə Azərbaycan dövlətinə təşəkkürünü ifadə edib. 

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müa­vini Gündüz İsmayılov, Qafqaz Müsəl­manları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Milli Məclisin deputatı Cey­hun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Milli Məclisin deputatı Anatoliy Rafailov, Av­ropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski və digərlə­ri soyqırımların, qətliamların insanlığa zidd hərəkətlər olduğunu, bunun nə din, nə də hüquq çərçivəsinə sığışdığını diqqətə çatdırıblar. 

Xatırladaq ki, Holokost zamanı 6 mil­yondan çox yəhudi qırğına məruz qalıb ki, onlardan 1,5 milyonu uşaqlardır.

XQ

Son xəbərlər