Bağlı qapı arxasında bir nəfərin meyiti aşkarlanıb

post-img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakıda bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. Xəbəri FHN mətbuat xidməti verib. 

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4 nəfərə müvafiq köməklik göstərilib.

Sumqayıtda da 2 uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Uşaqların xilas olunması təmin edilib.

Nazirliyin qaynar telefon xəttinə Sumqayıtda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə başqa bir məlumat da daxil olub. Regional Mərkəzin xilasetmə qüvvələri hadisə yerinə gələrkən 1 nəfərin meyiti aşkarlanıb və o, aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər