İqtisadi Şuranın bu il ilk iclası keçirilib

post-img

Yanvarın 26-da Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın cari ildə ilk iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, iclasda 2023-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisa­di Şuranın 2024-cü il üzrə Fəaliyyət Pla­nı, vergi və gömrük sahələrində verilmiş güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsinin nəticələri və qiy­mətləndirilmə mexanizminin təkmilləş­dirilməsi, Azərbaycan Respublikasının suveren kredit reytinqinin artırılması perspektivləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2023-cü il üzrə fəaliyyət hesabatı və onun 2024-cüil üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şəri­fovun, maliyyə nazirinin müavini Azər Bayramovun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı di­rektoru Vüsal Qasımlının məruzələri din­lənilib. 

Sonda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib və aidiyyəti qurumlara müvafiq tap­şırıqlar verilib.

Son xəbərlər