Baronessa Koks və dostlarının təxribatının qarşısı alınıb

post-img

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması erməni diasporunun və havadarlarının növbəti təxribatının qarşısını alıb.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, Londonun mərkəzində yerləşən məşhur Karlton Klubu fevralın 5-də “Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi” mövzusunda keçirilməsi nəzərdə tutulan tədbirə ev sahibliyi etməyi planlaşdırırdı. Bu tədbir qatı ermənipərəst, türkçülüyə və İslam dininə düşmən münasi­bət bəsləyən Baronessa Karolina Koks, ona dəstək verən Lord de Moli TD və Ermənista­nın Birləşmiş Krallıqdakı səfiri Varujan Ner­sesyan tərəfindən təşkil olunmalı idi.

Bundan xəbər tutan Britaniya Azərbay­canlıları Cəmiyyəti ölkədəki Azərbaycan İc­masının adından Karlton Klubunun rəhbərli­yinə açıq etiraz məktubu göndərib və klubun rəhbərliyini bu qərəzli tədbiri ləğv etməyə çağırıb.

Karlton Klubunun katibi Simon Robinso­nun adından Britaniya Azərbaycanlıları Cə­miyyətinə ünvanlanan məktubda bu görüşün klubda baş tutmayacağı təsdiqlənib. “Bu, bi­zim Britaniya diasporunun erməni diasporu və ermənipərəstlər üzərində növbəti qələbə­sidir”, – deyə Fəridə Pənahova vurğulayıb.

XQ

Son xəbərlər