Gəncədə məktəblini qətlə yetirən saxlanılıb

post-img

Bu gün səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanması və xəstəxanaya aparılarkən ölməsi barədə məlumat vermişdik. 

Bir qədər əvvəl Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Artıq şagirdin fotoları da yayılıb. Həmin fotoları təqdim edirik:

P.ƏMİRCANOV

XQ

Son xəbərlər